Almaniya Qış Olimpiadasında qızıl medal sayına görə Kanadanın rekordunu təkrarlayıb

Almaniya Qış Olimpiadasında qızıl medal sayına görə Kanadanın rekordunu təkrarlayıb
10:37 25 fev 2018
111 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarında 14 qızıl medal qazanan Almaniya yığması 2010-cu ildə Vankuverdə keçirilən Qış Olimpiadası zamanı analoji nəticəni əldə edən Kanadanın rekordunu təkrarlayıb.
“Report” xəbər verir ki, çempionatda daha iki mükafat dəsti qalmaqdadır.
Finalda Almaniya hokkeyçiləri Rusiya komandası ilə görüşəcək, matç Bakı vaxtı ilə saat 8:10-da başlayacaq. Bundan başqa, bu gün almanların qadınların klassik üslubda keçiriləcək marafon yarışında medal qazanmaq şansları da var. Meydana start heyətində Ştefani Böler, Katarina Henniq və Viktoriya Karl çıxacaq.
Keçmiş SSRİ yığması (1976) və Norveç millisinin (2002, 2018) hesabında 13 qızıl medal dəsti var.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR