Marketdən bayram şirniyyatı alanlar - BUNA DİQQƏT

Novruz bayramına az bir müddət qala marketlərdə bayram şirniyyatları yerlərini alıb.

Evdə şirniyyat bişirməyən ailələr çox vaxt marketlərdəki hazır şirniyyatlardan alırlar. Onların bəziləri görünüşə, bəziləri isə satıldığı yerə fikir verirlər. Lakin bəziləri isə şirniyyat alarkən ümumiyyətlə hec nəyə fikir vermir.

“Bayram şirniyyatarı alarkən, mütləq istehsal tarixi və saxlanma müddətinə diqqət etmək lazımdır”.

Bunu Metbuat.az- açıqlaması zamanı Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKA) Baş direktorunun müavini Ceyran Əsgərova bildirib.

“Mənşəyindən şübhəniz olsa belə, onun üzərində hansısa bir məlumat daşıyan etiket olmalıdır. Yəni, etiketsiz şirniyyatlar almayın. Etiketin üzərində saxlanma müddəti, istehsal tarixi, yaxud hansısa hüquqi şəxsin əlaqə nömrələri olmalıdır. Çox zaman xanımlar əlavə qazanc kimi bu şirniyyatları evdə hazırlayıb marketlərə verirlər. Əslində, evdə hazırlanan bu cür şirniyyatların keyfiyyəti hansısa sex malından daha yaxşı olur. Həmin şirniyyatların saxlanma müddəti 3-5 gün olur. Bu səbəblə, satışa çıxarılan məhsulların üstündə mütləq istehsal tarixi qeyd olunmalıdır”.

Dietoloq Ləman Süleymanova insanlara ev şəraitində hazırlanan şirniyyatlardan istifadə etməklərini məsləhət görürür:

“Bəzi insanlar iş şəraiti ilə bağlı şirniyyatları marketlərdən almalı olurlar. Çox vaxt isə bu şirniyyatlar qaydasına görə bişirilmir.Məsələn, hazırlanma şəraiti gigiyenik qaydada aparılmır, qalmış yağlardan istifadə olunur. Milli şirniyyatlarımız yağı çox tələb etdiyindən, bu hallar çox zaman zəhərlənmələrə belə səbəb ola bilir. Paxlağa, qoğal ədviyyat tələb edən şirniyyatlardır. Bu şirniyyatlar xüsusi incəliklə hazırlanmalıdır. Çürük ədviyyatlardan, qalmış yağlardan istifadə qida məhsulunun keyfiyyətini aşağı salacaq. Bu da qida zəhərlənmələrinə gətirib çıxara biləcək. İnsanlar şirniyyat alarkən mütləq onun qoxu və dadına diqqət etməlidir. Qalmış yağlardan istifadə edilərək hazırlanan şirniyyatlar xüsusi qoxuya malik olurlar. Yeyilən zaman isə insanda ürəkbulanma, baş və mədə ağrıları müşahidə olunur. Ona görə, şirniyyat alarkən bunların hamısına diqqət etmək lazımdır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Avtovağzaldan bölgələrə üz tutanlar - Gediş haqqı qiymətləri / SİYAHI – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR