Play Store

Türkiyə XİN Mənbicə dair detalları açıqladı

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavşoğlu Amerika Birləşmiş Ştatlarıyla əldə olunmuş Mənbicə dair razılaşmanın bəzi detallarını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, o bildirib ki, PYD-YPG terrorçuları Ankara və Vaşinqtonun müşahidəsi altında bölgədən çəkiləcək. Ardınca isə həmin ərazilər iki ölkə hərbçilərinin nəzarətində olacaq. Daha sonra proses Fərat çayının şərq sahilini də əhatə edəcək.

Terrorçulara verilən ağır silahların geri alınması məsələsi də gündəmdədir. Qeyd edək ki, gələn həftə Çavuşoğluyla amerikalı həmkarı Reks Tillerson arasında görüş planlaşdırılır. Mənbicin gələcəyinə dair yekun qərar məhz həmin görüşdə veriləcək.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR