Play Store

​İsrail ordusu hərbi təlimlərə start verib

İsrail ordusu mümkün müharibəyə hazırlıq məqsədiylə ölkə miqyasında hərbi təlimlərə start verib.

Metbuat.az-ın məlumatına görə, ötən gün həyəcan siqnallarının işə salınmasıyla başlayan məşqlər 7 gün davam edəcək. Təlimlərə dinc insanların təxliyəsi üzrə qürumlar da cəlb olunub. Məşqlər zamanı əsgərlər müxtəlif silahları sınaqdan keçirir, hərbi texnikaların döyüşə hazırlıq vəziyyətini yoxlayır.

Qeyd edək ki, rəsmi Təl-Əviv Livandakı "Hizbulla" hərəkatının fəaliyyətini bölgənin sabitliyi üçün təhdid hesab edir. Bu üzdən rəsmilər Livana müdaxiləni istisna etmir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR