İşdən çıxarılan Tillersondan ilk açıqlama

ABŞ prezidenti Donald Tramp tərəfindən dövlət katibi vəzifəsindən istefa göndərilən Reks Tillerson mətbuat konfransı keçirib.

Metbuat.az xəbər verir ki, işdən çıxarıldıqdan sonra ilk dəfə jurnalistlərin qarşısına çıxan Tillerson 31 mart tarixində vəzifəsi ilə vidalaşacağını söyləyib.

Tillerson, həmçinin işdən çıxarıldığını eşidəndən sonra Trampla telefon əlaqəsi saxladığını bildirib.

"Vəzifəmi rəsmi şəkilldə 31 martda təhvil verəcəyəm. Bundan sonra sivil həyatıma davam edəcəyəm. İşdən çıxarıldıqdan sonra Trampla danışdım. İraqda və Suriyada görüləcək çox işlər var" -deyə Tillerson vurğulayıb.

O, hansı səbəbdən istefaya göndərilməsi haqda KİV-ə məlumat verməyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu gün Reks Tillersonu dövlət katibi postundan istefaya göndərib. Onu bu postda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo əvəzləyəcək.

Reks Tillerson ABŞ Dövlət Departamentinə ötən ilin fevralından rəhbərlik edirdi. / Azvision.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR