Play Store

Sumqayıtın "polojineya Anar"ına 4 İL HƏBS

Sumqayıtın "polojineya Anar"ına 4 İL HƏBS
15:09 17 Aprel 2018
95 Digər
Ölkə mətbuatı
A- A+

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıqda təqsirləndirilən "Polojeniya Anar" ləqəbli Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, A. Məhərrəmov 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, A. Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən gecə klubunda Kamran Hüseynov adlı şəxsin onunla birlikdə olan qıza sataşdığını əsas gətirərək, sonuncunu döyüb. A. Məhərrəmov K. Hüseynova yumruq və təpik zərbələri vurub. K. Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

A. Məhərrəmovun üzərinə baxış zamanı narkotik vasitə aşkar edilərək, götürülüb.

 

A. Məhərrəmov kriminal aləmdə "Polojeniya Anar" kimi tanınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR