Play Store

İmsaq və iftarda belə qidalanın - HƏKİM MƏSLƏHƏTİ

Ramazan ayında oruc tutanlar qidalanmalarına xüsusi diqqət etməlidirlər. Pəhriz və qidalanma üzrə mütəxəssis həkim Həlimə Bəslər oruc tutanlar üçün məsləhət verib.

Həkim bildirib ki, mütləq imsaqa qalxmaq lazımdır. İmsaqda yediyiniz qidalar gün boyu maddələr mübadiləsinin düzgün işləməsinə kömək edir. Yaxşı olar ki, uzun müddət toxluq hissi yaradan proteinlə zəngin yumurta, süd, az duzlu pendir, tam taxıllı məhsullar yeyəsiniz. İmsaqda ağ unlu və şəkərli qidalardan uzaq durun. Bu qidalar qan təzyqinizin yüksəlməsinə, yağlı və duzlu məmulatlar isə susama hissinin artmasına səbəb olacaq. İmsaqda yüngül tərəvəz yeməkləri, ev qatığı, şorba içmək olar.

Həkimlər imsaqda qəhvə içməyi tövsiyə etmir. Çox dəmli olmayan çay və bitki çayları içmək olar. Ancaq çayın bədəndə maye itkisinə səbəb olacağını unutmayın. Bağırsağı qorumaq üçün liflə zəngin meyvələr yemək və su içmək lazımdır.

Həkim dietoloq iftarda da insanların diqqət edəcəkləri məqamları açıqlayıb. O deyib ki, iftarı xurma, zeytun ilə açmaq olar. Daha sonra çox isti olmayan şorba mədəni rahatladacaq. 15 dəqiqə fasilə verdikdən sonra yeməyə başlayın. Yaxşı olar ki, sobada bişirilmiş toyuq, qaynadılmış ət, balıq, az yağlı tərəvəz yeməkləri yeyəsiniz. Çox ədviyyatlı və mayalı qidalardan uzaq durun. Bir, iki saat sonra südlü şirniyyatlar, meyvələr yeyə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR