Play Store

Məhkəmə çəkişmələrində Mətbuat Şurasının mövqeyi - Necə olur?

Bəzən mətbuat orqanları yayımladıqları hansısa xəbərə görə məhkəməlik olurlar.

Bu kimi məhkəmə çəkişmələrində Mətbuat Şurası hansı mövqedə olur?

“İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə Metbuat.az-a açıqlamasında bildirib ki, Mətbuat Şurasının əsas məqsədi məhkəməyə qədər olan prosesləri həll etməkdir:

“Məhkəmə ali orqandır. Hakimiyyətin bir qolu kimi müstəqil bir qurumdur. Ona görə, məhkəmənin qərarına hər hansı bir müdaxilə olunmur. Jurnalistlərin belə hallara yol verməməsinə çalışırıq. Qanunlar qarşısında hər bir vətəndaş tam hüquqlu məsuliyyət daşıyır. Həmçinin jurnlasitlər də. Məsuliyyətdən heç kim yaxasını geri çəkə bilməz. Hər halda, jurnalistlər belə hallara yol verməməlidir”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət isə qeyd edib ki, Mətbuat Şurası bütün hallarda obyektiv gerşəkliyin üzə çıxmasına çalışır və media standartlarının tam olaraq tədbiq edilməsində maraqlıdır:

“Mətbuat Şurası olaraq məqsədimiz odur ki, cəmiyyətə obyektiv, tərəfsiz informasiya verilsin. Düşünürük ki, neqativ haların aşkarlanması, ictimailəşdirilməsi və onların aradan qaldırıması üçün jurnalistlər öz töhfəsini verməlidir. Amma bəzən jurnalsitikadan xəbəri olmayan, bu və ya digər şəkildə jurnalist etikasını bilməyən həmkarlarımız da olur. Onlar öz yazılarında standartlardan kənara çıxırlar. Tənqid etdikləri şəxslər barədə məlumatları qeyri-obyektiv şəkildə tirajlayırlar. Bu isə qarşı tərəfin məhkəməyə müraciəti ilə nəticələnir. Biz də həmişə çağırış edirik ki, tərəflər bu cür münaqişəli halları məhkəmədən öncə Mətbuat Şurasında çözməyə çalışsınlar. Mətbuat Şurasında tərəflər bir araya gətirilir, onların hər ikisi dinlənilir və Mətbuat Şurasının peşəkar üzvləri dəyərləndirmə edirlər. O dəyərləndirmə nəticəsində jurnalistin yanlışlığa yol verdiyi aşkarlanarsa, səhvin düzəldilməsi təklif edilir. Yaxud da, qarşı tərəf haqsız olduğu məqamda məsələ izah edilir. Belə davranış göstərməklə mediada keyfiyyət dəyişikliyinə töhfə verməyə çalışırıq. Amma bir daha təkrara etmək istəyirəm ki, Mətbuat Şurası mütləq hər zaman jurnalistlərin müdafiəçisi rolunda çıxış eləmir. Bu, onun vəzifəsi deyil. Mətbuat Şurasının vəzivəsi obyektiv və etik jurnalistikanın inkişafına töhfə verməkdir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bu gün NİYYƏT GECƏSİDİR - Nə etməli? İlahiyyatçıdan AÇIQLAMA – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR