Play Store

Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Aparılan təmir işləri ilə əlaqədar olaraq, may ayının 16-dan 17-nə keçən gecədən etibarən Təbriz küçəsinin Tələt Şıxəliyev və Əbdüləzəl Dəmirçizadə küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Aprel ayı üzrə manatın orta - MƏZƏNNƏSİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR