Play Store

Buffon futbolla vidalaşır

"Yuventus"un qapıçısı Canluicci Buffon karyerası ilə bağlı qərar qəbul edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə 40 yaşlı qolkiperin agenti Silvano Martina İtaliya mətbuatına açıqlamasında məlumat verib.

O, Buffonun mövsümün sonunda karyerasını bitirəcəyini deyib: "Bu, Totti üslubunda vidalaşmaq olmayacaq. Belə vida ancaq Romada ola bilər. Mən Turində Del Pyeronun vidalaşması kimi bir səhnə gözləyirəm. Həmin gün göz yaşı çox olacaq, ancaq hamı təmkinini qoruyacaq. Tarixin ən böyük qapıçısını müşayiət etmək mənim üçün şərəfdir. Daha heç nə deyə bilmərəm. O özü 4-cü gün keçirəcəyi mətbuat konfransında hər şeyi danışacaq".

Qeyd edək ki, mayın 19-da İtaliya A Seriyasında "Verona" ilə keçiriləcək oyun Buffonun sonuncu matçı olacaq.

Peşəkar karyerasına 1995-ci ildə başlayan Buffon 1051 rəsmi oyuna çıxıb. O, karyerasında 9 dəfə İtaliya çempionu, 5 dəfə İtaliya kubokunu və 1 dəfə dünya kubokunu qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR