Üzərindən təyyarələrin uçmasına icazə verilmir - Dünyanın ən nəhəng çüxurunun sirri açıldı / FOTOLAR

Rusiyanın Şərqi Sibir bölgəsində yerləşən nəhəng çüxur barədə maraqlı məlumatlar paylaşılıb.

Metbuat.az-ın məlumatına görə, dərinliyi 525 metr, eni 200 metr olan çüxur bu göstəricilərinə görə dünyanın ən böyüyü hesab olunur. Çüxur 1955- ci ildə almaz çıxarılmaq üçün qazılıb və 2004-cü ilə qədər fəaliyyət göstərib.

Burada temperatur mənfi 40 dərəcə olduğu üçün kənar şəxslərin əraziyə yaxınlaşmasına icazə verilmir. Çüxurun üzərindən təyyarələrin keçməsinə də icazə verilmir. Çünki çüxurdakı geomaqnit proseslər layneri içinə çəkə bilər. Bu dəliyin almaz ehtiyatlarına görə dəyəri 20 milyarda yaxındır.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR