Play Store

Rus turistin çantasından - 5 ulduzlu otelə aid əşyalar çıxdı

Antalyanın Kemer bölgəsində 5 ulduzlu bir oteldən ayrılan rus turist çantasından otelə aid çox sayda əşya çıxıb.

Metbuat.az xəbər verir ki, otel işçiləri oteldən ayrılan qadından şübhələnərək qadının çantasını axtarmağa başlayıblar. Çantanı açan otel işçiləri orada otelə aid çox sayda əşyanın olduğunu görüblər.

Çantadan dəsmal, hamam əşyaları və qab-qacaq kimi əşyalar çıxıb. İşçilər qadından bu əşyaları niyə götürdüyünü soruşub. Qadın isə uşaqlarının doğum günü olduğunu, şirniyyat və meyvə yedikləri üçün üzlərini silməli olduğunu deyib.


https://metbuat.az/news/952770/qurani-kerimde-adi-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR