Play Store

İngiltərədə zəhərlənən keçmiş rus agent Skripal xəstəxanadan çıxdı

İngiltərədə 4 martda zəhərlənən və xəstəxanaya aparılan keçmiş rus agent Sergey Skripal xəstəxanadan evə buraxılıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Milli Səhiyyə Xidmətindən verilən məlumata görə, Skripal Salisberi xəstəxanasından evə buraxılıb. Sergey Skripalın özü ilə birgə zəhərlənən qızı Yuliya isə aprelin 11-də evə buraxılmışdı.

Qeyd edək ki, Böyük Britaniya belə bir nəticəyə gəlmişdi ki, Skripal və onun qızı Rusiya tərəfindən hazırlanmış silah növü olan "Noviçok" adlı əsəb-sinir sisteminə təsir edən kimyəvi maddə ilə zəhərlənib. Bu isə Böyük Britaniya ilə Rusiya arasında böyük diplomatik böhrana səbəb olub. Bu hadisədən sonra Britaniya və bir neçə Avropa ölkəsi rusiyalı diplomatları ölkədən çıxarmışdı.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR