“Məni görmədikdə mənim üçün darıxır” -

Zonquldağın Alaplı bölgəsində təkər təmirçisi Servet Arıkanın bəslədiyi ördəklə olan dostluğu görənləri təəcübləndirib.

Təxminən 50 gün əvvəl bala ördək alan Arıkan ördəyə iş yerində baxmağa başlayıb. Qısa müddətdə Arıkana öyrəşən və işləyərkən yanından heç ayrılmayan ördək görənlərin marağına səbəb olub.

Servet Arıkan heyvanları çox sevdiyini və imkanları daxilində evində ya da iş yerində heyvan bəslədiyini deyib.

Ördəyin ona öyrəşdiyini bildirən Arıkan “onu aldıqda hələ 2 günlük idi. İş yerimdə onu bəsləməyə başladım. Təxminən 50 gündür mənimlə birlikdədir. Mən hara gedirəmsə, o da arxamca gəlir. Məni görmədikdə axtarır və mənim üçün çox darıxır” deyib.

ordek-aa

ordek-aa-1

http://matbuat.az/news/953343/meglubiyyete-doze-bi...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR