Terror aktları Avropa ölkələrinə 185,431 milyard avro ziyan vurub

Avropa Birliyi 2004-2016-cı illərdə terrorizmin Avropa ölkələrinə vurduğu ziyanı açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, Avropa Parlamentinin elmi-tədqiqat xidmətinin hesabatında qeyd olunub ki, həmin illər ərzində törədilmiş terror aktları Avropa Birliyi ölkələrinin iqtisadiyyatına 185,431 milyard avro ziyan vurub. Terrorizm daha çox ticarət, birbaşa investisiya, nəqliyyat və turizm sahələrinə ziyan vurub. Avropa Birliyi ölkələri arasında ən çox ziyan Fransaya dəyib. 2004-2016-cı illərdə törədilmiş terror aktları Fransaya 44,943 milyard avro ziyan vurub.

Siyahıda daha sonra Böyük Britaniyanın adı gəlir. Terror hadisələri ölkəni 44,384 milyard avro ziyana salıb. 3,4,5, və 6-cı yerlərdə isə müvafiq olaraq İspaniya, Almaniya, Yunanıstan və Belçikanın adı var .

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR