Play Store

​Türkiyə ordusu İraqın dərinliklərinə doğru 25-28 km irəliləyib

Türkiyə ordusu 25-28 km İraqın dərinliklərinə doğru irəliləyib.

Metbuat.az-ın məlumatına görə, Daxili İşlər naziri Süleyman Soylu İraqın şimalında keçirilən antiterror əməliyyatları barədə danışarkən qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri PKK terrorçularının Hakurk, Avaşin-Basyan və Metina rayonlarındakı obyektlərini tamamilə məhv etmək gücündədir. Nazirin sözlərinə görə, PKK uzun müddət Türkiyə ərazilərinə hücumları məhz Kandil dağından həyata keçirib.

Təşkilatın əsas qərargahı da məhz bu dağlarda yerləşir:

“Əgər biz İraqın şimalında terrorçuları məhv etməsək, Türkiyənin şərq və cənub-şərq hissəsinin təhlükəsizliyini tam təmin edə bilmərik”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR