​Fələstin prezidenti BMT-nin qətnaməsini alqışlayıb

Fələstin prezidenti Mahmud Abbas BMT Baş Assambleyasının qətnaməsini alqışlayıb.

Metbuat.az-ın məlumatına görə, Sənədin qəbulunu ədalət və beynəlxalq hüququn qələbəsi kimi qiymətləndirən Mahmud Abbas, Fələstini dəstəkləyən BMT-yə üzv dövlətlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, Fələstin vətəndaşlarının beynəlxalq səviyyədə müdafiəsinin təşkilinə dair layihəni Baş Assambleyaya Türkiyə, Əlcəzair və Fələstin təqdim edib. 120 dövlət sənədin lehinə, Amerika Birləşmiş Ştatları və İsrail də daxil olmaqla, 8 ölkə qətnamənin əleyhinə səs verib. 45 ölkə isə səsvermədə bitərəf mövqe nümayiş etdirib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR