Maşın Rozanın əlindən alındı - SON DƏQİQƏ

“Maşın Şou”nun final gecəsində qalmaqal baş verib.

Metbuat.az xəbər verir ki,Veteninfo.az-a adını açıqlamaq istəməyən mənbənin verdiyi məlumata görə,"Maşın şou"nun finalında Roza Zərgərli ilə Hüseyn Əzizoğlu arasında çox sərt qarşıdurma baş verib. Məlumata görə,Roza Zərgərli "oğlum"dediyi Hüseyni təhqir edib və maşının üzərində olan meyvə qabını Hüseynə tərəf atıb. Hüseyn isə özünü qorumaq və zərbənin üzünə gəlməməsi üçün əlini maşından çəkib.

Bildirilir ki, oyunun qaydalarına görə, finalda əlini maşından sonuncu götürən şəxs qalib hesab edilir.Yəni belə olan halda qalib Roza Zərgərli olmalı idi. Amma məlumata görə, "Maşın şou" proqramının rəhbərliyi oyunda baş verən bu hadisəyə görə, Roza Zərgərlinin qaydaları pozduğunu irəli sürərək, Hüseyn Əzizoğlunu qalib elan edib.

Məlumatın nə qədər dəqiq olduğunu bilməsək də, bütün suallara iyunun 15-də aydınlıq gətiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR