“Hipotetik qarşıdurmada Azərbaycan Ermənistana nisbətən daha güclüdür” - - Ukraynalı hərbi ekspert

“İlk növbədə üstünlük iki əsas parametrdədir - hərbi-texniki və silahlı qüvvələrin müasir ordu istiqamətində islahatlar dinamikasında. Müasir müharibə üsullarının, yeni silah və hərbi texnikanın tətbiq edilməsi və Ermənistanla hipotetik silahlı qarşıdurmada resurslarla təminat imkanları Azərbaycanın daha da yüksək səviyyədə olduğunu göstərir”.

Metbuat.az Ordu.az-a istinadla məşhur Ukrayna hərbi eksperti, hərbi jurnalist Konstantin Moşoviç ilə müsahibəni təqdim edir:

- Qarabağ separatçılarının danışıqlar prosesinə cəlb olunmalarının lazım olduğuna dair erməni rəhbərliyinin son bəyanatlarını nəzərə alaraq, Qarabağdakı hərbi əməliyyatların yenidən başlaması ilə bağlı ehtimalı necə qiymətləndirirsiniz?

- Mən bu ifadələri mənfi qiymətləndirirəm. Cənab Nikol Paşinyan hiyləgərdir, üstəlik, o, “həll” markası altında “dünyanın yenidən bölüşdürülməsi” prinsiplərindən istifadə etməyi təklif edir. Xatırladım ki, bu prinsiplər beynəlxalq hüquq normalarına uyğun gəlmir. Bu vəziyyətdə cənab Paşinyan bir dəvəquşu ariyasını oynayır, guya ki, Ermənistanın Qarabağ müharibəsi ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan bunu qəbul edərsə, strateji, geosiyasi mənada dərindən bir səhv buraxmış olar.

- Ukrayna ilə Azərbaycan arasında hərbi əməkdaşlıqdan xəbərdarsınız? Ukraynanın hərbi-sənaye kompleksi Azərbaycan tərəfinə nə təklif edə bilər?

- Xəbərdaram. Ukraynanın hərbi-sənaye kompleksi hazırda müharibə vəziyyətində olduğuna görə, çox ekstremal şəraitdə fəaliyyət göstərir. Milli müdafiə ehtiyaclarının prioritetdir. Lakin Ukrayna ilə Azərbaycan arasında hərbi və hərbi-texniki əməkdaşlığın tarixi böyük həcmlidir. Bu əməkdaşlığın bazası var və gələcəkdə daha əlverişli şəraitdə tam inkişaf etdirilə bilər. Xəzər dənizi üçün kiçik gəmilər, yüngül və ağır zirehli nəqliyyat vasitələri, müxtəlif təyinatlı radar avadanlıqları, piyada silahları, xüsusi təyinatlı nəqliyyat vasitələri və s. kimi avadanlıqları Kiyev Bakıya təklif edə bilər.


Eyni zamanda Kiyev rəqəbətli qiymətlər şəraitində bir çox müxtəlif təyinatlı silah və hərbi texnikanın - döyüş aviasiyasının, HHM sistemlərinin, zirehli vasitələrin və s. texniki xidmətini və təmirini həyata keçirə bilər.

- Azərbaycan və Ermənistanın hərbi potensialını necə qiymətləndirirsiniz?

- İki ölkənin hərbi potensialının hərtərəfli qiymətləndirilməsi üçün, mənə lazım olan bütün məlumatlar məndə yoxdur. Lakin subyektiv olaraq, mən inanıram ki, Azərbaycan öz rəqibindən daha üstündür. İlk növbədə üstünlük iki əsas parametrdədir - hərbi-texniki və silahlı qüvvələrin müasir ordu istiqamətində islahatlar dinamikasında. Müasir müharibə üsullarının, yeni silah və hərbi texnikanın tətbiq edilməsi və Ermənistanla hipotetik silahlı qarşıdurmada resurslarla təminat imkanları Azərbaycanın daha da yüksək səviyyədə olduğunu göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR