Play Store

Fədayə Laçından XƏBƏR VAR

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ittiham aktı ilə tanışlıq mərhələsi başa çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə müğənninin vəkili Türkel Süleymanlı məlumat verib. Onun sözlərinə görə, Bakı İstintaq Təcridxanasında müvəkkili cinayət işi ilə tanış olub.

Vəkil bildirib ki, Fədayə Laçın özünü qismən təqsirli bildiyini söyləyib.

"Digər təqsirləndirilən şəxslər də ittiham aktı ilə tanış olduqdan sonra cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək".

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçın və Penitensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.

Dünya bu görüntüdən danışır - İzlənmə rekordları qırdı/ VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR