Play Store

Bitkoin ucuzlaşmaqda davam edir

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmasını davam etdirir.

Metbuat.az-ın məlumatına görə, kriptovalyuta 6,2 min dollar ətrafında alınıb satılır. Mütəxəssislər bitkoinin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırır.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 1,06% ucuzlaşaraq 6 265 dollar təşkil edib.

Alternativ kriptovalyutalar müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 0,78% və ya 437,3 dollaradək ucuzlaşıb, "Ripple" 0,04% (0,44 dollara qədər), "Bitcoin Cash" 0,26% (698,49 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 249,75 milyard dollar təşkil edir və bunun 43 faizi bitkoinin payına düşür.

Günün qoroskopu - Axşam saatlarında həssas davranın - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR