"Onurğa problemlərini əl ilə müalicə etmək mümkündür" - Manual-terapevtlə MÜSAHİBƏ

Çoxlarımızın məlumatsız olduğu tibbi müalicə üsullarından biri manual terapiyadır. Manual terapiya öz praktik effektivliyi ilə son illər müxtəlif tibbi ixtisas sahələri və xəstələrin diqqətini özünə çəkməkdədir. Bu sahə ilə bağlı Medicare klinikasının şöbə müdiri, manual-terapevt Pərviz Əmənovla həmsöhbət olduq.

Metbuat.az həkimlə müsahibəni təqdim edir:

-Həkim, manual terapiya haqqında məlumat verərdiniz...

-Fizioterapiya geniş sahədir, manual terapiya da onun bir növüdür. Manual terapiya əlnən, dərmansız, əməliyyatsız müalicə metodudur. Manual terapevt xəstəliyə məruz qalmış nahiyəyə təsir edərək onurğanı və fəqərələrarası disklərin normal vəziyyətini bərpa edir, əzələ spazmını aradan qaldırır. Bu müalicə növünü osteoxondroz, protruziya, onurğa yırtığı, qamət pozğunluğu, skolioz, baş ağrıları, miqren ağrıları olan xəstələrə tətbiq edirik. Oturaq işlə məşğul olanlarda beldə problemlər, ağırlıq qaldırdıqda sərpmələr, ayaqlarda ağrılar, dizlərdə, oynaqlarda ağrılar olur. Bu üsulla 2-3 günə bütün ağrıları tamamilə yox edirik. Skolioz xəstələri üçün klinikamızda xüsusi suda dartınma proqramı tətbiq edilib. Bu üsulla I, II dərəcəli skoliozu tam, III, IV dərəcəlilərdə isə əyilmənin qarşısını alırıq. Xəstələrin korset taxmağına, başqa müalicə üsullarına müraciət etmələrinə ehtiyac qalmır. Manual terapiya əzələlərdə yaranmış sıxılmaları aradan qaldırır, bədəndə qan dövranını aktivləşdirir, bədən orqanlarının öz normal yerlərini tutmasına şərait yaradır.

Mütəxəssislər deyir ki, manual terapiya çox qədim dövrlərdə yaranıb. Eramızdan əvvəl X əsrdə Hippokratın tətbiq etdiyi üsullar zəmanəmizə qədər gəlib çatmış, XIX əsrin axırlarında Amerikada və Avropada bu metodlar yenidən həyata vəsiqə almışlar.Rusiyada təbabətin bu istiqamətini təmsil edənlər “sınıqçı” (“kostoprav”) adlanır. Keçən əsrin 50-60-cı illərinin axırlarında Avropada bu praktikanı tətbiq edən həkimlər FİMM dünya elmi cəmiyyəti yaratmış, bu istiqaməti manual təbabət adlandırmışlar. O vaxtdan hər 3-5 ildə bir dəfə manual terapevtlərin konqresləri keçirilir. Bu tədbirlərdə bütün dünya ölkələrindən gəlmiş terapevtlər iştirak edir. Rusiya 2002-ci ildən həmin təşkilatın üzvü və bu elmi birliyin ayrılmaz tərkib hissəsidir.

-Həkim, həcəmət (hicama) ilə də məşğulsunuz. Hicamat nədir? Bu barədə danışardınız...

-Həcəmət Peyğəmbərimiz tərəfindən ən çox bəyənilən və ən çox istifadə olunan müalicə növü olub. 150-dən çox xəstəliyin dərmanıdır. Öd daşı xəstəliyi, sonsuzluğun müalicəsində, menstrual problemlərdə, kişi ereksiyalarında, sümük ərimələrində, miqren ağrılarında, qaraciyər, dalaq, ayaqlardakı problemlərdə, varikozlarda, təzyiq olan insanlarda, köklükdən əziyyət çəkənlərdə daha effektlidir. Yaz aylarında ayda 4 dəfə, payız aylarında isə daha çox tövsiyə olunur. Başdan edilən hicama baş dərisinin mübadiləsini yaxşılaşdırır, saç tökülməsinin qarşısını alır, miqren ağrılarını tamamilə müalicə edir, beyin qan dövranını yaxşılaşdırır, baş ağrılarını, göz təzyiqini aradan qaldırır, beyin şişlərinin müalicəsində hicama əvəvzolunmaz bir müalicə üsuludur. Hicama etdirən insanlar skleroz (yaddaşsızlıq) xəstəliyinə tutulmazlar, alın və haymor ciblərinə yığılıb qalmış irinli infilrtatların təmizlənilməsində və müalicəsində hicama əvəzolunmaz müalicə vasitəsidir.

-Manual terapiya ilə xərçəng kimi qorxulu xəstəlikləri müalicə etmək olur?

-Mən xərçəngi dəhşətli xəstəlik adlandırmıram. Bu xəstəlik passiv düzgün olmayan həyat tərzi, düzgün qidalanmama ilə ortaya çıxır. Bəziləri xərçəng xəstəliyinin vitamin B16, bəziləri B17 çatışmazlığından yarandığını bildirir, bunun qarşısını almaq üçün gedin əriyin tumunu yeyin və s. kimi məsləhətlər verirlər. Bunları qəbul etmək artıq xərçəng xəstəliyinə tutulmuş xəstələr üçün gecdir. İnsan əvvəldən həyat tərzini düzgün qurmalıdır ki, xərçəng və bu kimi xəstəliklərə tutulma riskini azalda bilsin.

-Həkim, son olaraq bilmək istərdik bu sahəyə xəstələrin inancı nə qədərdir? Əməliyyatsız, dərmansız müalicə olduğu üçün effektdən razıdırlarmı?

-Müraciətlərimiz həddən artıq çoxdur. İnsanlar iynə, dərmandan bezdikləri üçün təbii üsullara əl atırlar. Müalicə müddətimiz aylarla çəkmir. İnsanları qısa müddətə ağrılarından xilas edirik.

Həkimin əlaqə nömrəsi: 055 552 70 10

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR